Azərbaycan İrəvanda gözlənilən qiyam və hərbi çevrilişə HAZIR OLMALIDIR

“İrəvanda Paşinyana qarşı təşkil olunan aksiyalar, paralel olaraq Qarabağın dağlıq hissəsində “DQR” tör-töküntülərinin həm hərbi, həm də siyasi fəallaşması vəziyyətin gərginləşəcəyinə açıq mesajdır”.

Gununsesi.info xəbər verir ki, bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Politoloq qeyd edib ki, Ermənistanda qiyam, inqilab, hərbi çevriliş, sui-qəsd və ya hər hansı oxşar bir hadisə baş verə bilər. Odur ki, Azərbaycan tərəfi qabaqlayıcı addımlar atmalıdır.

Siyasi ekspert Azərbaycan hakimiyyətinin 2 mühüm addımı atmalı olduğunu vacib sayıb:

“- Rusiyadan Azərbaycan ərazisindəki “sülhməramlılarını” müəyyən zaman ərzində (məsələn, 48 saat) çıxarmağı tələb etmək;

– Verilən vaxt başa çatan kimi antiterror əməliyyatına başlamaq və yaraqlıları tərksilah etmək”.

Ə.Oruclunun fikrincə, əks halda hər şey status-kvo (1988) vəziyyətinə qayıda bilər ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.

Gununsesi.info