Ukraynada həlak olan uşaqların SAYI AÇIQLANDI

Rusiya- Ukraynaya müharibəsində indiyədək 200 uşaq ölüb, 360 uşaq xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluğun məlumatına görə, bu, son göstərici deyil. Müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 018 təhsil müəssisəsinə ziyan dəyib, 95-i tamamilə dağılıb.

Gununsesi.info