Avstriya kansleri Putin haqqında: "Öz kiçik dünyasında..."

Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putin haqqında bir sıra ifadələr işlədib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya kansleri Karl Nehammer Putin haqqında “öz kiçik dünyasında yaşayır və müharibədə qalib gələcəyinə inanır” – deyə bildirib.

Məlumata görə, Nehammer və Putin bir neçə gün öncə Moskvada Kremlin mülkiyyətində olan bağ evində görüşüblər.

Söhbət köməkçilər, tərcüməçilər və media nümayəndələri olmadan təkbətək formada saat yarım davam edib.

Gununsesi.info