Fələstində müsəlmanlara səfərbərlik ÇAĞIRIŞI

İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində müsəlmanlara Əl Əqsa məscidini müdafiə etmək üçün ümumi səfərbərlik çağırışı edilib.

Gununsesi.info bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Əvvəlcə məscidlərdə azan oxunub. Sonra müqəddəs məscidin müdafiəsi üçün səfərbərlik çağırışları səsləndirilib.

Qeyd edək ki, israilli hərbçilərlə bugünkü toqquşmada 9 fələstinli yaralanıb.

Gununsesi.info