Növbəti iki günün proqnozu: Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Son günlərdə ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraitində dəyişiklik müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraiti qeyri-sabit, yağıntılı keçir. Mayın 9-da və 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 19-24 dərəcə isti olacaq.

Gununsesi.info xəbər verir ki,  bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun aparıcı mütəxəssis sinoptiki Leyla Mədətova jurnalistlərə müsahibəsində deyib.

“Bölgələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda, mayın 9-da əksər rayonlarda, mayın 10-da isə əsasən dağlıq və dağətəyi rayonlarda havanın arabir yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 20-25 dərəcə, dağlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir”, – deyə L.Mədətova bildirib.

Gununsesi.info