
“Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır və artıq ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib”.
Gununsesi.info-nun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.
Gununsesi.info