Kremldən Saakaşvilinin mümkün təyinatına REAKSİYA

Kremldən Saakaşvilinin mümkün təyinatına REAKSİYA

Kreml Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynanın baş nazirinin islahatlar üzrə müavini vəzifəsinə mümkün təyinatına heç bir münasibət bəsləmir.

Gununsesi.org bildirir ki, bu barədə RTVI-ə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Ukrayna hökumətində kimin çalışması bizim işimiz deyil”, – deyə D.Peskov bildirib.

Bununla belə, D.Peskov M.Saakaşvilinin Gürcüstan və Odessadakı siyasi fəaliyyətinin mənfi nəticələrini xatırladaraq, onu “çox pis əlamət” adlandırıb.

Gununsesi.org

COMMENTS