Rusiyada islahat böhranı artır.
Ölkədə konstitusiyada qəbul edilən yeni qanun layihələrinə reaksiyalar artmaqda davam edərkən, rus xalqı bir çox sahələrdə hökumətin siyasətini uğursuz adlandırıb.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, maliyyə naziri Anton Siluanovun pensiyaçıları utandırıcı pensiya islahatları ilə aldatması ölkədə böyük təpkiyə səbəb olub. Rusiya mediasında yer alan xəbərlərə görə Putinin tərəfdarları hökumətin səhiyyə, təhsil və pensiya siyasətini sərt tənqid edib.
Rusiyada yayımlanan “Suxoy ostatok” (Quru qalıq) adlı verilişdə aparıcı Yuri Pronko Rusiya səhiyyə sistemində son illər heç bir uğurlu islahatların aparılmadığını bildirib. Aparıcının sözlərinə görə Rusiya təhsil sistemində də son illər aparılan silahatlar tələbələr üçün heç bir müsbət nəticə verməyib və bununla yanaşı, ölkənin maliyyə naziri A.Siluanov pensiyaçılar haqda utanverici islahatlara imza atıb.
Y.Pronko bildirib ki, son üç il ərzində Rusiya səhiyyə sistemində işçilərin sayı 42 faiz azalıb. Bu say isə səhiyyə sistemində hər iki nəfərdən birinin işdən uzaqlaşdırılması deməkdir.
COMMENTS