Biləsuvarın sabiq icra başçısı həbs edildi

Biləsuvarın sabiq icra başçısı həbs edildi

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində məhkəmə qərar verib.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, istintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin qərarı ilə Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onunla birlikdə 10-a yaxın şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

 

Gununsesi.org

COMMENTS