“COVİD-19 hücumuna ən güclü zərbə dünyanın həmrəy olmasıdır”- Türkiyənin Səhiyyə naziri

“COVİD-19 hücumuna ən güclü zərbə dünyanın həmrəy olmasıdır”

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ümumdünya Səhiyyə Təşkilatına ölkəsinin yeni növ koronavirusla (COVID-19) necə mübarizə apardığından bəhs edib.

Gununsesi.org-un Dəmirörən Xəbər Agentliyinə istinadla xəbərinə görə, nazir yazıb ki, COVİD-19 hücumuna ən güclü zərbə bütün dünyanın bu məsələdə həmrəy olmasıdır:

“Biz hər zaman güçlü bir ÜST-ə ehtiyacın olduğunu vurğuladıq. İndiki mərhələdə münaqişələri, ziddiyyətləri bir kənara qoyub problemin həllinə köklənməliyik. Bu çətin günləri keçdikdən sonra yanlışlarımızın harada olduğunu birgə dəyərləndirməliyik”.

 

 

Gununsesi.org

COMMENTS