Serbiyada koronavirusdan ölənlərin sayı 179-a çatıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada 285 yoluxma, 6 ölüm hadisəsi qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 9 009 nəfərdir. 4 479 nəfər xəstəxanaya yerləşdirilib.
Ölkədə koronavirusa yoluxmuş 1 343 pasiyent sağalıb.
Serbiyada hərəkət məhdudiyyəti mayın 4-dək davam edəcək.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 249 000-i ötüb. Bunların 1 017 982 nəfəri sağalıb, 229 453 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS