“Cari ilin I rübündə Azərbaycan ərazisindən 52 min 405 ədəd, o cümlədən tranzit olaraq 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla, beynəlxalq avtomobil daşımalarını yerinə yetirib”.
Gununsesi.org xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında keçirilən videokonfransda nəqliyyat məsələlərinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq yük daşımalarının həyata keçirilməsinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmayıb:
“Statistik məlumatların müqayisəsi göstərir ki, bu ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycan ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb”.
Gununsesi.org
COMMENTS