
“Dağıstanda baş verən kütləvi iğtişaşlar Rusiyadan kənar qüvvələrin köməyi ilə həyata keçirilən planlı təxribatın nəticəsidir”.
Gununsesi.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Teleqram” kanalında yazıb.
“Dağıstanda kütləvi üsyanlar Rusiya xalqının ahəngdar inkişafına və etnik-dini birliyinə xələl gətirmək məqsədi ilə kənardan həyata keçirilən yaxşı planlaşdırılmış təxribatın nəticəsidir”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.
İğtişaşlardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 83 nəfəri saxlayıb, 50-dən çox axtarış aparıblar.
Gununsesi.info