Beton qarışdıran maşın aşdı – Avtomobillər altında qaldı - FOTO

Türkiyədə beton qarışdıran maşın aşıb, avtomobillər əzilib.
Gununsesi.info xəbər verir ki, hadisə Ankarada saat 12:00 radələrində yaşayış binasının dayanacağında baş verib.
Belə ki, betonqarışdıran maşın betonu boşaldarkən ağır yükün təsirindən arxaya doğru aşıb. Bu zaman dayanacaqda olan 3 avtomobil beton qarışdıran maşının altında qalıb.
Qəzada xəsarət alan olmasa da, 4 avtomobilə ciddi ziyan dəyib.