
Sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb.
Gununsesi.info xəbər verir ki, VOLVO S90 modeli olan avtomobillər artıq xidməti maşın statusu alıb. Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri “Mercedes” modelinə qismən keçid etmişdi. Həmçinin “Hyundai” və “KİA”nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.
“Volvo” isə DYP sistemində yenidir.
Xatırladaq ki, “Volvo” modeli dünyada ən təhlükəsiz avtomobil hesab edilir. Hətta müasir avtomobillərdə tətbiq oluna 3-lü kəmər sistemi də “Volvo” şirkəti tərəfindən kəşf edilib və sonradan təhıükəsizlik naminə bütün avtomobil şirkətlərinə pulsuz olaraq patent verilib.
Gununsesi.info