Rusiya iqtisadi durumdan çıxış kimi vergiləri artırmağı görür

“Hökumət sanksiyalar və neft və qaz gəlirlərinin azalması ilə üzləşən büdcəyə trilyonlarla rubl artırmaq üçün şəxsi gəlir vergisini qaldırmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Nikolay Arefiyev bildirib.

Onun fikrincə, fərdi gəlir vergisi miqyası “mütərəqqi” olmalı və mövcud 15% -dən maksimum dərəcəsi 30% -ə qədər artırılmalıdır.

“Büdcə 2,5 trilyon rubl alacaqdı və oliqarxlardan onları istəməyə ehtiyac qalmazdı”.

Millət vəkili xatırladıb ki, mütərəqqi gəlir vergisi praktikası bir çox ölkələrdə adi haldır.

“Biz heç nə icad etməmişik” dedi.  ABŞ-da 28% mütərəqqi vergi. 60% – Fransada. Norveçdə – 28%. Eyni zamanda, Rusiyaya qarşı 14 min sanksiya tətbiq edilib və hər yerdə pul çatışmazlığı var”.

Məlumata əsasən, yanvar-iyul aylarında federal büdcə 2,8 trilyon rubl kəsirə qədər azaldılıb. Neft və qaz vergilərinin yığımları illik müqayisədə 41%, ümumi xəzinə gəlirləri isə 8% azalıb.

Avqust ayında dolların məzənnəsinin 100 rubldan yuxarı qalxması ilə rublun kəskin devalvasiyasından sonra hökumət bir ildən çox müddətdə rekord neft gəliri əldə edib.

Bildirilir ki, Ukrayna ilə müharibəyə ayrılan xərclər artdıqca Rusiya büdcəsi azalır.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info