İngiltərə və İsrail hərbi əlaqələrini gücləndirir

  • By arzu
  • 07 Sentyabr 2023 15:19

İngiltərə və İsrail hərbi əlaqələrini gücləndirir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə İsraildən “Challenger” tanklara inteqrasiya edilə bilən “Trophy Aktiv Qorunma Sistemi” alıb.

Ticarət 20 milyon sterlinq dəyərindədir. Anlaşmanın imzaları atılıb. Yazıda bildirilir ki, İngiltərə eyni sistemə qarşıdakı illərdə 100 milyon sterlinq yatırım edəcək.

“Trophy Aktiv Qorunma Sistemi” İsrailini Rafael Müdafiə Şirkətinin texniki məhsuludur. İngiltərə alınan məhsulları tanklarda istifadə edəcək.

Sistemin son modeli tank əleyhinə raketlərin qaynağını təsbit edə bilir və avtomatik hücuma qarşılıq verilməsini və atılan raketin təsirsiz hala gətirilməsini təmin edir.

Şirkət edilən canlı atəş sınaqlarında “Trophy Aktiv Qorunma Sistemi”nin inteqrasiya edildiyi “Chanlenger 3” tankını hədəfə alan hücumların 90 %-nin qarşısının alındığını açıqlamışdı.

İsrail ordusunun işlətdiyi hücum önləmə sistemi daha öncə Amerika və Norveçə satılmışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info