DÜNYANIN GÖZLƏDİYİ XƏBƏR: Taxıl planında Türkiyə ilə anlaşdıq – Rusiya

  • By arzu
  • 07 Sentyabr 2023 13:23

Rusiya rus taxılının Qətərin maliyyə dəstəyi ilə Türkiyədə işlənərək yoxsul Afrika ölkələrinə daşınması planında anlaşmanın tamalandığını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin köməkçisi Aleksandr Qruşko açıqlama verib.

Qruşko yaxın gələcəkdə texniki işlərin başlayacağını bildirib.

Nazirlik işçisi Qruşko vurğulayıb ki, prinsipcə təsdiqlənən daşınma planında Rusiyanın istəyi ilə ilk etapda 1 milyon taxıl nəzərdə tutur.

Endirimli qiymətlə Türkiyəyə göndərilən taxıl işləndikdən sonra Afrika ölkələrinə daşınacaq.

Rus taxılı Türkiyə dəyirmanlarında üyüdülərək un halına gətiriləcək.

 

Tərcümə: Arzu

Gununsesi.info