Makrondan Rusiyaya veto: Olimpiadada rus bayrağı ola bilməz

  • By arzu
  • 07 Sentyabr 2023 19:19

Fransa lideri Emmanuel Makron Rusiya ilə bağlı mətbuata müsahibə verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fransa lideeri Makron 2024-cü il Olimpiya Oyunlarında Rusiya bayrağının olmayacağını söyləyib.

Fransa lideri Emmanuel Makron paytaxt Parisdə 26 iyul – 11 avqust tarixləri arasında keçiriləcək idman yarışında Rusiyanın savaş cinayəti səbəbindən yerinin olmadığını dilə gətirib.

Makron rus atletlərin 2024-cü il Olimpiya Oyunlarına fərdi qatılmasına yönəlik qərarın Beynəlxalq Olimpiyada Komitəsinə aid olduğunu vurğulayıb.

“Olimpiya dünyasının həll etməsi gərəkli olan əsl məsələ bəzən ömür boyu hazırlıqlar edən və həm də bu rejimin qurbanı ola bilən rus idmançılarla bağlı hansı qərarı verməli olmasıdır”,- deyə Fransa lideri Emmanuel Makron açıqlamasında bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info