Ukrayna ordusu gələn ay hücuma keçəcək

Ukrayna aprelin sonuna qədər hər biri 4 minə yaxın hərbçidən ibarət 12 briqada hazırlamaq və may ayında hücuma keçmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, ABŞ və NATO-nun müttəfiqləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir və onları lazım olan silah-sursatla təchiz edir.

Məlumata görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının detallarını çatdırıb. Məxfi məlumatda əks-hücum əməliyyatında iştirak edəcək qüvvələrin ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizində sahil xətti boyunca yerləşdiriləcəyi gözlənilir. Hazırda Ukrayna ordusunda kritik əməliyyata hazırlıq işləri gedir.

Gununsesi.info