Həbsdə aclıq edən siyasi fəalın işi məhkəməyə göndərildi

  • By admin
  • 01 May 2023 00:20
Uzun müddətdir  ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasi keçirən  AXCP fəalı  Salayev Zamin (Əlzamin) barəsində istintaq işi yekunlaşaraq məhkəməyə verilib.
Bu barədə Gununsesi.info-ya açıqlamasında vəkil Nemət Kərimli deyib.
İttihama görə o, Lökbatan dairəsində bir şəxsə bıçaqla xəsarət vuraraq, xuliqanlıq edib. İlk gündən Zamin belə bir hadisənin olmadığın və bunun şər, böhtan olduğun bildiririb”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Nemət Kərimli deyib.
Vəkil bildirib ki, hadisənin baş verdiyi yerdə-  Lökbatan dairəsində təxminən 30 metr radiusunda 8 müşahidə kamerası var, onlardan ikisinin çəkiş radiusu təxminən 500 metrdir: “Lakin DİN-nin növbətçi hissələrin idarəetmə xidmətinin verdiyi məlumata görə kamera işlək vəziyyətdə olmayıb. Təbii, işlək olsaydı nəyi çəkəcəkdi? Daxili İşlər Nazirliyinin əsasnaməsinə əsasən nazirliyin əsas funksiyasıdır ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin təşkili, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, cinayətlərin açılması işinin və istintaqın təşkilidir”.
“Bu kameralar işləmədi, orada terror, daha ağır cinayət olsaydı, araşdırma necə surətlə aparılacaqdı?
Maraqlıdı, kameraların işləməməsinə görə kim məsuliyyət daşıyıb, kim məsuliyyətə cəlb edilib” deyə vəkil sual edib.
Şəbnəm
Gununsesi.info