
Sudanda çevriliş cəhdi başlayandan bəri 500 nəfər həlak olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə Çevik Dəstək Qüvvələri və Sudan Ordusu arasında yaşanan toqquşmalarda 4600 nəfər yaralanıb. Məlumatı bu ölkənin Səhiyyə Nazirliyi təsdiq edib.
Nazirliyin açıqlamasına görə toqquşmalardan 12 bölgə təsirlənib.
Paytaxt Xartun şəhərində silah səsləri eşidilməyə davam edir.
Xatırladaq ki, Sudanda tərəflər Amerikanın 28 apreldəki 72 saatlıq atəşkəs çağırışına əməl edəcəklərini açıqlamışdılar.
Tərcümə: Arzu Sayadoğlu