
Türkiyə tezliklə neft hasilatı ilə bağlı böyük xəbərlər açıqlaya bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.
“Biz çox yaxında neftlə bağlı böyük xəbər verə bilərik”, – deyə nazir bildirib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində 150 milyon barel ehtiyata malik böyük neft yatağının kəşf edildiyini açıqlamışdı.
Şirnak vilayətinin Qabar dağı bölgəsində tapılan yataq 2022-ci ildə quruda kəşf edilən ən böyük on kəşfdən biridir. Onun ehtiyatları 12 milyard dollar dəyərində qiymətləndirilir.
Gununsesi.info