Qərb bölgələrində təbii fəlakət: Nazirlik fermerlərə çağırış etdi

“Təbii fəlakət yaşanan ərazilərdə sahələrini sığortalamış fermerlərə dəymiş zərər ödəniləcək”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovdeyib.

HTML tutorial

O bildirib ki, həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb:

“Baş verən təbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib. Aqrar Sığorta Fondunun əməkdaşları rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıblar”.

O bildirib ki, baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır:

“Bu gündən etibarən ekspertlər sığorta hadisəsi baş vermiş ərazilərə baxış keçirməyə başlayıblar. Ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək”.

Vüqar Hüseynov təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı fonda müraciət etməyə çağırıb. Fermerlər Aqrar Sığorta Fondunun “1651” Çağrı Mərkəzinə zəng edərək müraciətlərini edə bilərlər.

Gununsesi.info