
“Ukrayna ilə Rusiya arasında sülh danışıqları nə vaxtsa baş tutacaq. Danışıqların əsas mövzusu Rusiya Federasiyasının təslim olması şərtləri, təzminatların ödənilməsi qaydası və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üsulları olacaq”.
Gununsesi.info bildirir ki, bunu Kiyevdə mətbuat konfransında müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, xarici tərəfdaşlar heç vaxt onunla Rusiya ilə sülh danışıqlarının başlanması məsələsini müzakirə etməyiblər, çünki onlar Ukraynanın Rusiyanın hazırkı rəhbərliyi ilə danışıqlar masası arxasına əyləşməyi planlaşdırmadığını “aydın başa düşürlər”.
Arzu Sayadoğlu