
Amerikanın Miçiqan bölgəsində seyr halındakı məktəv avtobusununu sürücüsü sükan başında bayılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu zaman 13 yaşlı məktəbli uşağın sayıqlığı ilə 70-ə yaxın sərnişini olan avtobus salamat şəkildə təhlükəsiz yerə yönləndirilərək əylədilib.
Məktəbli Dillon Devesin bu hərəkəti ölkədə gündəm olub. Avtobusda olan 66 nəfəri xilas edən Deves ölkəsində qəhrəman elan edilib.
Onun əks şərid xəttinə keçən avtobusu düzgün bir şəkildə və ölümsüz “park” etməsi polislərin də diqqətini çəkib. Polis yetkililəri Devesin məktəb direktoruna uşağın qurtarıcı davranışlarını alqışlayan məktub göndərib.
Polislər uşağa və onun ailəsinə təşəkkürlərini bildiriblər.
Arzu Sayadoğlu