
Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.
Gununsesi.info xəbər verir ki, satıcılar da qiymətlərin qalxdığını deyirlər. Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə kəskin qiymət artımı var.
Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər.
İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb.
Ətraflı “Xəzər Xəbər”in hazırladığı süjetdə: