Azərbaycan Milli Konservatoriyasına rektor təyin edildi

Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.