İrəvandan bunu xahiş etmişik, vəziyyət dəyişməyib - Rusiya XİN

  • By Günel
  • 27 Noyabr 2024 19:47

Ermənistan Qafanda Rusiya Baş konsulluğunun açılmasına prinsipial olaraq razılıq verib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Moskva İrəvandan Sünikdə (Zəngəzur – red.) konsulunun tanınmasını xahiş edib:

“Biz cavab gözləyirik. Dəfələrlə bu məsələni müzakirə etmişik, təəssüf ki, vəziyyət dəyişməyib”.

Gununsesi.info