Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan

  • By Günel
  • 28 Noyabr 2024 09:00

9/10 noyabr bəyanatı ilə bağlı mövqeyimiz bəllidir: bizim üçün qəbuledilməz sənəddir, amma reallıqdır, müəyyən edilmiş faktdır, atəşkəs sənədidir. Bu ləğv edilməməlidir, amma zaman keçdikcə yeni üçtərəfli razılaşma əldə etməliyik. Biz bunu 9/10 noyabr sənədinin qəbulundan dərhal sonra dedik.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan üzvü İşxan Saqatelyan yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, Baş nazir Paşinyan ölkəni o vəziyyətə salıb ki, daha 9/10 noyabr bəyanatına istinad edə bilmirik:

“Pis olan odur ki, Paşinyan dəhliz ideyasını (9/10 noyabr sənədinin tələblərindən biri – red.) rədd etmir, onun nəzarət aspekti ilə bağlı danışıqlar aparır”.

Gununsesi.info