Erməni ordusuna yeni komandanlar təyin olundu

  • By Günel
  • 27 Noyabr 2024 19:32

Ermənistan ordusuna yeni komandanlar təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Prezident Vaaqn Xaçatryan sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, polkovnik Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Aleksandr Tsakanyan Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini, polkovnik Simon Nazaryan 3-cü, digər polkovnik Qaqik Poqosyan isə 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Gununsesi.info