
Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verənlər barədə videosu ilə gündəm olan, ardınca Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev tibb ocağından buraxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, yeniyetməni qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb.
16 yaşlı Məhəmməd videoda ona dəstək olanlara təşəkkür edib: “Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaq evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.
Gununsesi.info