Dissisent yazıçımız 94 yaşını qeyd edir - FOTOLAR

Bu bizik ?!

Bu gün böyük hörmət bəslədiyim məşhur yeganə azərbaycanlı dissident, hər yazdığı əsərinin ədəbi mühitimizdə rezonans doğurduğu yazıçı Çingiz Hüseynovun doğum günüdür.

HTML tutorial

Bəli, bu gün millətin mənəvi pasportu olan ağsaqqal yazıçımızın 94 yaşı tamam olur. Əslində isə azad düşüncəli insanın yaşı rəqəmlə ölçülmür. Çünki o, əbədi yasar olur. Mənim üçün O, tək yazıçı kimi deyil, həqiqətlərin üzünə dik baxan bir insan kimi də qiymətlidir.
Hər zaman düşünmüşəm ki, vətəndən uzaqlarda yaşayan insan qürbətin bir parçasına çevrilməməli, əksinə, orada Vətəninin bir parçasını yaşatmalıdır. Hər birimiz bir zərrə vətənik, bu zərrələr toplaşarsa onların işığı aramızdakı buzları əridə biləcək, həsrət könlümüzü isidə biləcəlk bir Günəşə dönər. Çingiz adlı bu zərəcik artıq bir Günəşdir ki, qürurumuza.sevincimizə səbəb oliub.
Rusiya -Ukrayna müharibəsi və İran haqqında deyir ki, “Mən qəti əminəm ki, gec-tez Rusiya dağılacaq. Çünki Rusiyada dövlətçilik sənəti çox zəifdir. Rusiya öz-özünü çökdürür. Sovet İttifaqı da rus dövləti idi. Özü özünü məhv etdi. Rusiya da indi Sovet İttifaqının tutduğu yolla gedir. Gec-tez o da dağılacaq. Bizim Qarabağı qaytarmağımız da tarixi, qlobal şəraitə bağlıdır. Digər tərəfdən, İran da erməniləri müdafiə edir. Vəziyyət çox mürəkkəbdir. Fikrimcə, İran da gec-tez dağılacaq. 35 milyonluq azərbaycanlıya davam gətirə bilməyəcək.

Bayaq dediyim kimi, Çingiz Hüseynovun hər bir əsəri Azərbaycanda ədəbi hadisə kimi qarşılanıb və qarşılanır. Və əminiklə deyə bilərəm ki, Çingiz Hüseynov müasir nəsrimizdə ancaq özü olan yazıçıdır : Qürur mənbəyimizdir, orijinal, bənzərsiz Azərbaycan yazıçısıdır, ilahidən bənzərsiz fitri istedad yiyəsidir. Doğrudur , onun əsərlərini oxumaq bəzən çox çətindir Belə ki, mətnaltı mənaları olduqca dərindir, fəlsəfidir. Lakin oxumaq lazımdır. Ən çox “Fətəli fəthi”ni çox sevsəm də “Ailə sirləri”ndəki yaratdığı prototiplərə görə kitabının necə qadağa olduğu və insanların bu kitabı necə böyük hərisliklə almaları indiyə kimi yadımdadır…

Əziz Çingiz müəllim! Doğum gününüz, 94 yaşınız mübarək! Sizi hər il olduğu kimi səmimi qəlbdən təbrik edir və milyonlarla oxucu pərəstişkarlarınızla birlikdə xoş arzularınıza qoşuluram!

Həmişə Var Olun.!

Baba Allahnəzərov