Əziz Orucovun durumu pisləşib

  • By ilhame
  • 06 İyun 2024 22:35

Bu gün Əziz Orucovla görüşdüm.Psixoloji və fiziki durumu bərbad idi.1 həftə ərzində( ötən görüşümüzdən bəri) 10 kq çəki itirib.Bir həftə ərzində bu qədər çəkinin itirilməsi normal deyil.Gözlə görünən çox ciddi fərq var idi.O qədər ciddi fərq var idi ki,qızı atasını tanımadı,ona yaxın getmədi“.

 

Gununsesi.info bildirir ki, bu barədə hazırda həbsdə olan Kanal 13 İnternet TV-nin rəhbəri Əziz Orucovun xanımı Lamiyə Çerpanova sosial şəbəkə hesabınsa yazıb.

 

Əziz qucaqlamaq istəyəndə Sən Əziz deyilsən deyib qışqırıb ağladı” deyə o əlavə edib:

 

Buradan həyəcan təbili çalıram. Bu templə Əziz çəki itirməyə davam etsə,səhhətində ciddi problemlər yaranacaq.Onsuz da mədəsində və böyrəklərində ciddi problemləri var.Kəskin çəkinin itirilməsi daha ciddi problemlərdən xəbər verir.

Dayanın artıq.İnsanları canları ilə sınamayın“.

Gununsesi.info