Binəqədidə qəza tıxaca səbəb oldu - FOTOLAR

Binəqədidə yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun “Baksoll” deyilən ərazisində qeydə alınıb.

HTML tutorial

Belə ki, axşam saatlarında Kamaz markalı yük maşını aşaraq yolu bağlayıb. Nəticədə gediş-gəlişdə ciddi manelər yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələdən xəbərdardırlar: “Hadisə yeni olub. Lazımi tədbirlərin görülməsi üçün əraziyə bütün əməkdaşlarımızı səfərbər etmişik”.



Gununsesi.info