Sabirabadda yol qəzası: 5 nəfər xəsarət aldı

Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

HTML tutorial

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Yenikənd kənd sakinləri – 1984-cü il təvəllüdlü Ülvi Vəlixan oğlu Nuriyev, 1988-ci il təvəllüdlü Aqil Əlizamin oğlu Tağıyev, 1981-ci il təvəllüdlü Vilayət Şərakət oğlu Abasov, 2002-ci il təvəllüdlü Elşən Vilayət oğlu Abasov və 2013-cü il təvəllüdlü Əsgər Aqil oğlu Tağıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info