Xaçmazda evsiz qalan vətəndaşa müvəqqəti çadır quruldu -Video

  • By ilhame
  • 07 Aprel 2024 10:38

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Arzu qəsəbəsi sakini Vəfadar Mirzəyevə məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

 

Gununsesi.info xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

 

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Arzu qəsəbəsi sakini V.Mirzəyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Gununsesi.info