
Bədii gimnastika üzrə Azərbaycan millisi Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində bürünc medal qazanıb.
Gununsesi.info xəbər verir ki, komanda böyüklər və gənclər arasında buna nail olub.
Böyüklər – İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər – Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda hesabında üçüncü yeri tutub.
Gununsesi.info