Bolqarıstan və Rumıniya qismən Şengen zonasına qoşulub

  • By ilhame
  • 31 Mart 2024 16:01

Bolqarıstan və Rumıniya rəsmi olaraq martın 31-də Şengen zonasına qismən daxil olublar.

 

Gununsesi.info bu barədə Avropa Komissiyasına istinadən xəbər verir.

 

Avropa Komissiyasının məlumatına görə, ötən ilin dekabrından Bolqarıstan və Rumıniya 2024-cü il martın 31-dən Şengen qaydalarının rahat tətbiqi üçün bütün lazımi tədbirləri görüblər.

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasını alqışlayıb.

 

“Bu, səyahət, ticarət və turizmi artıracaq və daxili bazarımızı gücləndirəcək”, – Ş.Mişel “X” səhifəsində qeyd edib.

Gununsesi.info