Polis rəisinin atası kəlbəcərlilərdən yağmaladığı qoyunları geri qaytardı- VİDEO

Polis rəisinin atası kəlbəcərlilərdən yağmaladığı qoyunları geri qaytardı

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsi Hacıqabulun polis rəisi Məmməd Hüseynovun fermer atası Maarif Hüseynova qarşı oğurluq ittihamı sürüb. Onların müraciətinə nazirdən cavab gəlib. Belə ki, Daxili İşlər naziri Vilayət Eyvazovun göstərişi ilə Kəlbəcər köçkünlərinin yağmalanan qoyun sürüsü özünə qaytarılıb.

Xatırladaq ki, sürü sahibləri heyvanlarının yununu qırxıma apardıqları zaman oğlu Hacıqabulun polis rəisi olan Maarif Hüseynov ailənin mal-qarasını yağmalayaaraq”Burada nə qədər qoyun varsa, mənimdir” deyə, onlara sahiblənmişdi. 

Qeyd edək ki, bu barədə ilk olaraq Gununsesi.org xəbər saytı məlumat yaymışdı. Xəbər saytımızda dərc edildikdən sonra ölkədə böyük rezonansa səbəb olub.

 

 

Gununsesi.org

COMMENTS