“Dövlət qəzetlərinin heç bir faydası yoxdur, cəmiyyət görür ki, nə doğrudur, nə yalnış” –Tanınmış ekspert Ələsgər Məmmədli

“Dövlət qəzetlərinin heç bir faydası yoxdur, cəmiyyət görür ki, nə doğrudur, nə yalnış” –

“Dövlət qəzetlərinin heç bir faydası yoxdur, hamısı bağlanmalı və yalnız bir rəsmi qəzet saxlanılmalıdır”.

 

Gununsesi.org xəbər verir ki, bunu Modern.az-a media məsələləri üzrə tanınmış ekspert Ələsgər Məmmədli deyib. Ekspert hələ illər əvvəl dövlət mediası anlayışının qalxmalı olduğunu bildirib:

“Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra dövlət mediası anlayışı ortadan qalxmalı idi. 2004-cü ilədək Azərbaycan mediası bu işi yekunlaşdırmalı, nə dövlət televiziya-radiosu, nə də dövlət qəzeti olmalı idi. İstər dövlət, istərsə də özəl qəzetlərin fəaliyyət sahəsi indi xeyli daralıb. Bunun da əsas səbəbi kommunikasiya vasitələrinin, internetin inkişaf etməsidir. Demək olar ki, bütün qəzetlər öz auditoriyasını itirib. Qəzetlərin çoxu rəsmi məlumatlar istisna olmaqla, heç bir faydalı informasiya yaymırlar. Yəni, cəmiyyət informasiya ehtiyacını qəzet vasitəsi ilə qarşılaya bilmir. Rəsmi xəbərlərin də dərc olduğu bir rəsmi qəzetin olması yetərlidir. Məsələn, bütün rəsmi sənədlər həmin qəzetdə yayılardı və heç müxbirə də ehtiyac qalmazdı.

 

 “Xalq”, “Vışka”, “Azərbaycan qəzeti” və s. dövlət qəzetlərinin fəaliyyəti demək olar eynidir, hamısı bir-birini təkrarlayır. Hamısında prezidentin fərman və sərəncamları, eyni zamanda təbliğat xarakterli yazılar gedir. Amma indiki vaxtda təbliğat məsələsi cəmiyyət üçün keçərli deyil. Bu baxımdan, o təbliğatı edən şəxsə verilən qonorar boşuna xərclənən puldur, faydasızdır. Çünki indi sosial mediada da təbliğat, trol fəaliyyəti var və cəmiyyət görür ki, nə doğrudur, nə yalnış. Buna görə də həmin qəzetlərin faydası yoxdur və hamısını bağlayıb yalnız birini rəsmi olaraq saxlamaq lazımdır. Çünki dövlət mediasında alternativ informasiya yoxdur, bütün informasiyalar hökumət işlərinin təbliğinə yönəlib. Bunun üçün isə bir qəzet yetərlidir”.

Gununsesi.org

COMMENTS