Fransada ilk dəfə Kavasaki xəstəliyinə bənzər epidemiyadan uşaq ölüb.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, Marsel şəhərində yerləşən La Timone xəstəxanasının uşaq reanimasiya şöbəsinin rəhbəri Fabrise Mişel açıqlamasında uşağın 9 yaşı olduğunu bildirib. Onun sözlərinə görə Kavasaki xəstəliyinə bənzəyən bu epidemiya əsasən ürək və damarları zədələyir. Ölən azyaşlı infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və onda Covid-19 da aşkar edilib. Hazırda Fransada yeni xəstəliyə 125 uşaq yoluxub.
Bu sindrom İngiltərə, İsveçrə, ABŞ və Belçikada da yayılıb.
Gununsesi.org
COMMENTS