
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start veriləcək.
Gununsesi.info xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik edəcəklər.
“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu, “Atletiko” Madrid şəhərində Almaniyanın “Bayer” komandasını sınağa çəkəcək. Fransa təmsilçisi “Lill” isə İngiltərədə “Liverpul”un qonağı olacaq. Hər üç matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.