
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni turnirdə iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, 35 yaşlı idmançı bu barədə rəsmi X hesabında paylaşım edib.
O bildirib ki, “Global Fight League”də mübarizə aparacaq.
Qeyd edək ki, Tofiq Musayev son olaraq “Rizin” Döyüş Federasiyasında mübarizə aparıb.