Zaur Axundovun qardaşı Premyer Liqa klubunun prezidenti oldu

Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan” klubunun ümumi yığıncağı keçirilib.

Gununsesi.info xəbər verir ki, yığıncaqda klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.

HTML tutorial

Ramin Axundov “Araz-Naxçıvan”ın prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.

Ramin Axundov Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.

Gununsesi.info