Arda Güler zədələndi

Bu ay “Fənərbaxça”dan “Real”a keçən Arda Güler zədələnib.

Gununsesi.info xəbər verir ki, onun sağ ayaq əzələsində problem aşkarlanıb.

Yeni mövsümə hazırlıq məqsədi ilə “Real”la birlikdə ABŞ-da olan 18 yaşlı yarımmüdafiəçi komanda ilə son məşqlərə qatıla bilməyib.

Bildirilir ki, Ardanın müalicəsinə başlanılıb. Onun zədəsi ciddi deyil.

Gununsesi.info