Cavid Paşayevə yeni vəzifə verildi - FOTOLAR

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə bu vəzifəyə Cavid Nazim oğlu Paşayev gətirilib.

O bu gün kollektivə təqdim edilib.

Xatırladaq ki, 2022-2023-cü illərdə C. Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.


Gununsesi.info