
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Gununsesi.info xəbər verir ki, “atlılar” II raundda Polşanın “Rakuv” klubunu mübarizədən kənarlaşdırsalar, “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail), “Aris” (Kipr) – BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstan AEK-i ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.
Gununsesi.info