Ermənsitan sanksiya altında olan Rusiya iqtisadiyyatına kömək edir

  • By admin
  • 24 İyul 2023 12:46
Ermənistan sanksiya altında olan Rusiyanın iqtisadiyyatına kömək edir.
Gununsesi.info-nun xəbərinə görə, bu iddia ilə məşhur Financial Times qəzeti çıxış edib.
Qəzet yazır ki, Ermənistanda Rusiyaya avtomobil ixracı 2023-cü ilin yanvar ayında 225 dəfə artaraq $180 milyona çatıb.
Rusiyaya qarşı sanksiyalar fonunda avtomobil istehsal etməyən ölkədən avtomobil ixracı artıq təəccüblü gəlmir. Çünki bu, sanksiyalardan yayınmanın bir üsuludur. Bu, paralel idxal adlanır. Rusiyanın VTB bankının açıqlamasına görə, ölkədə satılan hər 10-cu yeni avtomobil paralel idxal çərçvəsində gətirilir.
Xatırladaq ki, 2022-ci ilin martında ABŞ tam olaraq, AB isə dördüncü sanksiya paketi çərçivəsində 50 min avrodan bahalı avtomobil ixracını Rusiyaya qadağan edib.
Tərcümə:
Mais