Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk olaraq səkkiz qarşılaşma baş tutacaq.

HTML tutorial

“Qarabağ”ın II raunddakı potensial rəqibləri Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar – 1:0.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

18 iyul

19:00. “Struqa” (Şimali Makedoniya) – “Jalgiris” (Litva)

İlk oyun – 0:0

21:00. “Flora” (Estoniya) – “Rakuv” (Polşa)

İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta)

İlk oyun – 4:0

21:00. “Şerif” (Moldova) – “Farul” (Rumıniya)

İlk oyun – 0:1

22:00. BATE (Belarus) – “Partizani” (Albaniya)

İlk oyun – 1:1

22:00. TNS (Uels) – “Haken” (İsveç)

İlk oyun – 1:3

22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Urartu” (Ermənistan)

İlk oyun – 1:0

23:15. “Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya)

İlk oyun – 1:0

Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək. “Qarabağ” səfərdə minimal hesabla (1:2) məğlub etdiyi Cəbəllüttariqin “Linkoln” klubunu qəbul edəcək.

Gununsesi.info